Bank Of Baku

4 yol qəzasında 3 nəfər ölüb

4 yol qəzasında 3 nəfər ölüb
# 07 dekabr 2007 13:43 (UTC +04:00)
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Balaxanı qəsəbəsində, Ramana qəsəbə sakini Çingiz Cəlilovun idarə etdiyi “KamAZ” və Suraxanı qəsəbə sakini Siyavuş Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış S. Cəfərov və onun həyat yoldaşı Leyla xəstəxanaya yerləşdirilib. S. Cəfərov orada dünyasını dəyişib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Binəqədi rayonundakı C. Xəndan küçəsində Bakı şəhər sakini İlham Alıyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla Ağdam rayon sakini Elşən Həsənovu vurub və hadisə yerindən qaçıb. Nəticədə xəsarət almış E. Həsənov xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ-nin 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Alıyev tutulub. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomaşınla 30-40 yaşlı qadın vurulub. Nəticədə həmin qadın hadisə yerində keçinib. Faktla bağlı Sabunçu RPİ-də əməliyyat-axtarış tədbirləri aparılır.
Oğuz rayonunun Xaçmaz kəndində Kamran Hüseynov idarə etdiyi “VAZ-2103” markalı avtomaşınla həmkəndlisi Əbdüləli Siyahovu vurub. Nəticədə Ə. Siyahov hadisə yerində ölüb. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR