Bank Of Baku

Binə Ticarət Mərkəzində oğruluq hadisəsi baş verib

Binə Ticarət Mərkəzində oğruluq hadisəsi baş verib
# 08 dekabr 2007 10:29 (UTC +04:00)
Dekabrın 7-dən 8-nə keçən gecə Binə Ticarət Mərkəzində oğruluq hadisəsi baş verib. Malik Hüseynova məxsus 10 saylı anbardan xeyli sayda dəri palto və gödəkcə oğurlanıb. Anbarın sahibi APA-ya bildirib ki, ilkin hesablamalara görə 10 min manat məbləğində kürk, palto və gödəkcə oğurlanıb. Hazırda Əzizbəyov rayon 2-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində əməliyyat-axtarış tədbirləri aparırlar. Bölmədən APA-ya hadisəni təsdiqləyərək bildiriblər ki, faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR