Bank Of Baku

Astarada oğurluq hadisəsi baş verib

Astarada oğurluq hadisəsi baş verib
# 25 dekabr 2007 10:07 (UTC +04:00)
Astarada oğurluq hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, oğurluq edən şəxs yaxın qohumunun Rusiyada olmasından istifadə edərək, onun evindəki əşyaları oğurlayıb. Cinayətkar əldə etdiyi vəsaitə şəxsi istifadəsi üçün narkotik vasitə alıb. Astara rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, rayonun Şiyəkəran kənd sakini Xanım İsayeva polis şöbəsinin növbətçi hissəsinə qardaşı, rayonun Şahağacı kənd sakini Rəhman Bağırova məxsus yaşayış evində müxtəlif ev əşyalarının oğurlandığı barədə ərizə ilə müraciət edib. Polis şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxsin Şahağacı kənd sakini, 27 yaşlı Xəqani Rəhimov olduğu müəyyənləşib. Adı çəkilən şəxs həbs olunub, oğurlanan əşyaların əksəriyyəti onun evindən maddi sübut kimi götürülüb. Fakt üzrə Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR