Bank Of Baku

Ölkənin avtomobil yollarında dörd nəqliyyat hadisəsi qeydə alınıb

Ölkənin avtomobil yollarında dörd nəqliyyat hadisəsi qeydə alınıb
# 25 dekabr 2007 13:11 (UTC +04:00)
Dekabrın 24-də ölkənin avtomobil yollarında dörd nəqliyyat hadisəsi qeydə alınıb. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Balakən rayonunun Poştbinə kənd sakini Yusif Xəlilov idarə etdiyi “QAZ-66” markalı, dövlət qeydiyyat nişanı olmayan maşını kənddəki meşə zolağında aşırıb. Nəticədə Y. Xəlilov aldığı xəsarət nəticəsində hadisə yerində keçinib. İsmayıllı rayonunun Qubaxəlilli kəndində, Ağsu rayon sakini Yaqub Həşimovun idarə etdiyi “Mercedes” markalı və Tərtər rayon sakini Cahanda Tanrıverdiyevin idarə etdiyi “VAZ-2106” markalı maşınlar toqquşub. Nəticədə “VAZ-2106”-ın sərnişini, Göyçay rayon sakini Faiq İbrahimov hadisə yerində keçinib, xəsarət almış sürücü C. Tanrıverdiyev isə xəstəxanaya yerləşdirilib. Göyçay rayonunun Cəyirli kəndində rayon sakini Mirzəağa Şəmiyev idarə etdiyi “Hunday” markalı avtomobili qarşıda gedən, həmyerlisi Nəzər İsayevin idarə etdiyi “MTZ” markalı traktorun qoşqusuna vurub. M. Şəmiyev aldığı xəsarətdə nəticəsində hadisə yerində keçinib. Binəqədi şosesində isə Bakıxanov qəsəbə sakini Yaqub Muxtarovun idarə etdiyi “Kamaz” markalı və Binəqədi qəsəbə sakini Zamin Quliyevin idarə etdiyi “VAZ-2107” markalı maşınlar toqquşub. Nəticədə xəsarətlə alan Z. Quliyev yerləşdirildiyi xəstəxanada keçinib. Hər dörd fakt üzrə araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR