Bank Of Baku

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
# 26 dekabr 2007 07:58 (UTC +04:00)
Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Zaqatala rayon Poliş Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 01:00 radələrində, Xaldan-Balakən magistral yolunun 112-ci kilometrliyində baş verib. Rayonun Kürdəmir kənd sakini, 1968-ci il təvəllüdlü İsmayıl İsmayılov idarə etdiyi “Vaz-21 015” markalı, 62 BA 222 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə hərəkət edərkən aşırıb. Qəza nəticəsində maşında olan sərnişin, Bəhmədli kənd sakini 1958-ci il təvəllüdlü Bəkir Qurbanov hadisə yerindəcə keçinib. Avtomobilin sürücüsü İ. İsmayılov isə bədən xəsarəti ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini kafi qiymətləndirirlər. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR