Bank Of Baku

Azərbaycan paytaxtında təcili tibbi yardım maşını piyadanı vurub

Azərbaycan paytaxtında təcili tibbi yardım maşını piyadanı vurub
# 27 dekabr 2007 09:50 (UTC +04:00)
Dekabrın 27-də saat 00.35 radələrində Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Biləcəridən gələn xəstə ilə bağlı çağırışa gedən Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” tibb mərkəzinə məxsus “Nissan” markalı ambulans maşını Moskva prospektində qarşısına çıxan piyadanı vurub. Nəticədə ağır xəsarət alan 1958-ci il təvəllüdlü, Şamaxı rayonu, Yekəxana kənd sakini Ağamurad Mürsəlov hadisə yerində keçinib. Faktla bağlı Yasamal RPİ-nin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR