Bank Of Baku

Bu il Rusiyada milli zəmində baş verən münaqişələrdə 5 azərbaycanlı öldürülüb, 43 soydaşımız xəsarət alıb

Bu il Rusiyada milli zəmində baş verən münaqişələrdə 5 azərbaycanlı öldürülüb, 43 soydaşımız xəsarət alıb
# 27 dekabr 2007 11:20 (UTC +04:00)
APA-nın İnsan Hüquqlarına dair Moskva Bürosuna istinadən yaydığı məlumata görə, bu ilin yanvar-dekabr aylarında ölkədə ksenofobiya zəminində 230 hücum və münaqişə qeydə alınıb ki, bu hadisələr zamanı 74 nəfər ölüb, 317 nəfər isə yaralanıb. Bu il Rusiyada ksenofobiya zəminində ən çox hücuma məruz qalan millətlər - ruslar (13 nəfər öldürülüb, 50 nəfər xəsarət alıb), özbəklər (12 ölü, 102 xəsarət alan), taciklər (6 ölü, 11 xəsarət alan), azərbaycanlılar (5 ölü, 43 xəsarət alan) və ermənilərdir (6 ölü, 3 xəsarət alan). İnsanlara milli, dini, etnik zəmində zəmində hücumlar daha çox Moskva və Moskvaətrafı vilayətdə (44 ölü, 107 xəsarət alan), İnquşetiyada (12 ölü, 7 xəsarət alan), Sankt-Peterburqda (10 ölü, 43 xəsarət alan), Kalmıkiyada (25 xəsarət alan), Nijeqorod vilayətində (253 xəsarət alan) və Rostov vilayətində (4 ölü, 13 xəsarət alan) qeydə alınıb. Bu il Rusiyada ksenofobiya cinayətlərinə görə 96 nəfər mühakimə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR