Bank Of Baku

Aeroport yolunda avtomobil qəzası baş verib

Aeroport yolunda avtomobil qəzası baş verib
# 27 dekabr 2007 14:17 (UTC +04:00)
Bu gecə saat 02.25 radələrində aeroport yolunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni Ramana qəsəbə sakini Sarvan Məsimovun idarə etdiyi “QAZ-24” markalı və Gürcüstan vətəndaşı Canpolad İsgəndərovun idarə etdiyi “Mercedes” markalı maşınlar toqquşub. Nəticədə xəsarət almış S. Məsimov, C. İsgəndərov, “Mercedes”in sərnişinləri, Gürcüstan vətəndaşı Xatun İsgəndərova və Binə qəsəbə sakini Əli Allahverdiyev xəstəxanaya yerləşdiriliblər. S. Məsimov aldığı xəsarət nəticəsində xəstəxanada keçinib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR