Bank Of Baku

İran vətəndaşı Azərbaycanın Astara rayonunda avtomobil qəzası törədib

İran vətəndaşı Azərbaycanın Astara rayonunda avtomobil qəzası törədib
# 27 dekabr 2007 14:50 (UTC +04:00)
Dekabrın 26-da saat 22.45 radələrində Astara rayonunun Giləkəran kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Poyan Abdulla Reza oğlu idarə etdiyi “Mack” markalı maşınla kənd sakinləri Şahmirzə Novruzovu və Hüseyn Qasımovu vurub. Nəticədə Ş. Novruzov aldığı xəsarətdən hadisə yerində keçinib. Xəsarət almış H. Qasımov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR