Bank Of Baku

Azərbaycanın Ağstafa rayonunda üçayaqlı buzov dünyaya gəlib - FOTOSESSİYA

Azərbaycanın Ağstafa rayonunda üçayaqlı buzov dünyaya gəlib - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 28 dekabr 2007 08:39 (UTC +04:00)
Anadangəlmə qabaq sol ayağı olmayan dananın hal-hazırda 55 kiloqram çəkisi var. Dananın sahibi Cama Mustafayevin sözlərinə görə, bu günə kimi nə kənddə, nə də onun həyətində belə bir hadisə baş verməyib. “Bu yaşa gəlmişəm, nə bizim həyətdə, nə də kəndimizdə belə bir hadisənin olduğunu görüb eşitməmişəm. Bu dana doğulanda gözlərimə inanmadım, mənə möcüzə kimi gəldi. Evdəkilərə dedim, inanmadılar. Doğulduğu gündən bir sutkaya kimi süd içmədi, dedim, yəqin anormal doğulub deyə öləcək. Sonradan dananın qidalanması qaydaya düşdü və indiyə qədər peyvəndləri vaxtı-vaxtında vurulduğundan tam sağlamdır. Bu dananı allahın verdiyi möcüzə kimi qiymətləndirirəm. Nə vaxta kimi yaşasa, o vaxtadək saxlayacağam”. Ağstafa rayon Baytarlıq İdarəsinin Aşağı Kəsəmən kənd sahə müdiri Fikrət Orucov 3 ayaqlı dananın aprel ayından nəzarətə götürüldüyünü deyib: “Biz bu dananı apreldə iri buynuzlu mal-qara arasında peyvənd apararkən gördük. O vaxtdan bu günədək həmişə bu danaya nəzarət etmişik, onu mütəmadi olaraq müayinələrdən keçiririk. Fiziki cəhətdən qüsurlu doğulsa da, dananın səhhətində heç bir problem yoxdur”. Fikrət Orucov fiziki qüsuru olan dananın belə sağlam böyüməsini sahibinin heyvana həvəslə baxması və peyvəndlərin vaxtı-vaxtında vurulması ilə əlaqələndirib. Qeyd edək ki, 3 ayaqlı doğulmuş və ev sahibinin möcüzə adlandırdığı bu dana üç ayağı üzərində çətinliklə yeridiyindən, heyvan yalnız ev şəraitində saxlanılır. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR