Bank Of Baku

Xəzər dənizinin Xaçmaz rayonu hissəsində aşan qayıqda dörd deyil, beş nəfər olub, onlardan biri batıb

Xəzər dənizinin Xaçmaz rayonu hissəsində aşan qayıqda dörd deyil, beş nəfər olub, onlardan biri batıb
# 28 dekabr 2007 17:22 (UTC +04:00)
Xəzər dənizinin Xaçmaz rayonu hissəsində aşan qayıqda dörd deyil, beş nəfər olub. APA-nın şimal bürosunun məlumatına görə, balıqçı qayığının aşması nəticəsində dənizə düşən 5 nəfərdən 4-ü xilas edilib, 1 nəfər isə batıb. Xilas edilənlər Xaçmaz rayonu Yasaqoba kənd sakinləri Həbib Səfərov, Elmar Pəncəliyev, Azad və Vüqar Ömərovlardır. Hadisə nəticəsində dənizdə boğulmuş Xaçmaz rayon Uzunoba kənd sakini, 1978-ci il təvəllüdlü Zaur Daşdəmirovun axtarışı isə davam edir. Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Faktla bağlı Xaçmaz rayon prokurorluğu araşdırma aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR