Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 29 dekabr 2007 10:25 (UTC +04:00)
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Goranboy rayon sakini Rəşad Qurbanov idarə etdiyi “KamAZ” markalı avtomaşınla Gəncə şəhər sakini Səma Əliyevanı vurub. Nəticədə S. Əliyeva hadisə yerində keçinib. Faktla bağlı Nizami (Gəncə) RPŞ tərəfindən araşdırma aparılır.
Hövsan yolunda Bakı şəhər sakini Ramiz Şahməmmədov idarə etdiyi “VAZ-21013” markalı avtomaşını Zığ qəsəbə sakini Zaur İslamzadəni vurub. Nəticədə Z. İslamzadə hadisə yerində ölüb. Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Qəbələ rayonunun Nic kəndində Mirzəbəyli kənd sakini Çərkəz Aslanovun idarə etdiyi “ZİL-130” və Tərlan Xasməmmədovun idarə etdiyi “VAZ-2109” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış T. Xasməmmədov və sərnişini Valeh Mirzəyev xəstəxanaya yerləşdirilib. T. Xasməmmədov orada dünyasını dəyişib. Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR