Bank Of Baku

Azərbaycanın Qax rayonunda sərnişin avtobusu yanıb

Azərbaycanın Qax rayonunda sərnişin avtobusu yanıb
# 29 dekabr 2007 14:48 (UTC +04:00)
Azərbaycanın Qax rayonu ilə Gürcüstanın Loqadixi rayonu arasında sərnişin daşıyan avtobusda yanğın baş verib. Gürcüstan vətəndaşı Həsən Vəliyevin idarə etdiyi “PAZ” markalı, RGİ 076 nömrə-nişanlı avtobus Qax rayonu ərazisindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında alışıb. Avtobus sürücüsünün APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisəyə maşının motorunda yaranmış nasazlıq səbəb olub. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilməyib. Hadisə zamanı avtobusdakı sərnişinləri xilas etmək mümkün olub. Sərnişinlərdən ciddi xəsarət alan olmasa da, maşın və içindəki əşyalar külə dönüb. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR