Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində “Mercedes”lə teplovoz toqquşub

Azərbaycanın Sumqayıt şəhərində “Mercedes”lə teplovoz toqquşub
# 30 dekabr 2007 10:40 (UTC +04:00)
Bu gecə Sumqayıt şəhərinin H. Z. Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Siyəzən rayon sakini İlqar Alxasov İdarə etdiyi “Mercedes” markalı maşını qorunmayan keçiddə Dəvəçi rayon sakini Eldar Əmiraslanovun idarə etdiyi teplovoza vurub. Nəticədə İ. Alxasov aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR