Bank Of Baku

Azərbaycan paytaxtındakı Milli Parkda yerləşən çayxanaların birində partlayış baş verib

Azərbaycan paytaxtındakı Milli Parkda yerləşən çayxanaların birində partlayış baş verib
# 30 dekabr 2007 11:43 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayon sakini Qardaşxan Şərifova məxsus çayxanada məişətdə istifadə olunan qaz balonu partlayıb. Nəticədə çayxananın işçisi, Bakı şəhər sakini Bəhlul Hüseynov yüngül yanıq xəsarəti alıb. Cəlilabad rayonunda isə yanğın qeydə alınıb. M. Hüseyn küçəsində yaşayan Abıəli Əzizova məxsus 1 mərtəbəli 3 otaqlı evdə baş vermiş yanğın nəticəsində evin yanar konstruksiyaları və içindəki əşyalar 45 kvm. sahədə yanıb. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR