Bank Of Baku

“Qarasu Oyl” şirkətinin fəhləsi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

“Qarasu Oyl” şirkətinin fəhləsi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
# 02 yanvar 2008 12:36 (UTC +04:00)
“Qarasu Oyl” əməliyyat şirkətində fəhlə bədbəxt hadisədən dünyasını dəyişib. Bu barədə APA-nın Mil-Muğan bürosuna onun fəhlə yoldaşları məlumat verib. Yanvarın 1-də saat 15.00 radələrində “Qarasu Oyl” şirkətinin fəhləsi, 1958-ci il təvəllüdlü Əli Bayramlı şəhəri Bağ evləri massivinin sakini Baxşiyev Əli Əliheydər oğlu 606 saylı quyuda işləyərkən boruların sürüşərək onu sıxması nəticəsində hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR