Bank Of Baku

Bərdə rayonunda qətl hadisəsi baş verib

Bərdə rayonunda qətl hadisəsi baş verib
# 02 yanvar 2008 19:54 (UTC +04:00)
Bu gün axşam saatlarında Azərbaycanın Bərdə rayonunun mərkəzindəki bazarda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Dəymədağalı kənd sakini, 1980-cı il təvəllüdlü Xalid Məmmədov həmkəndlisi, 21 yaşlı Mehrac Cabbarovu bıçaqla qətlə yetirib. M. Cabbarov hadisə yerindəcə keçinib. Hadisə şəxsi münaqişə zəminində baş verib. Hadisəni törədən X. Məmmədov isə saxlanılıb. Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR