Bank Of Baku

Sabirabadda yeniyetmə özünü asaraq intihar edib

Sabirabadda yeniyetmə özünü asaraq intihar edib
# 04 yanvar 2008 12:19 (UTC +04:00)
Azərbaycanın Sabirabad rayonunda yeniyetmə özünü asaraq intihar edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Sabirabad rayonunun Bulduğ kənd sakini, 1993-cü il təvəllüdlü Qəmbərov Nəcməddin Təyyar oğlu özünü yaşadığı evin tavanından asaraq intihar edib. İntihara onunla valideynləri arasında olan mübahisənin səbəb olduğu bildirilir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR