Bank Of Baku

Balakən polisi narkotik maddə alveri ilə məşğul olan iki nəfəri saxlayıb

Balakən polisi narkotik maddə alveri ilə məşğul olan iki nəfəri saxlayıb
# 04 yanvar 2008 15:49 (UTC +04:00)
Balakən polisi narkotik maddələrin əkib-becərilməsi, qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan iki rayon sakinini həbs edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılov məlumat verib. Rəis müavininin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin RPŞ-nin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat nəticəsində, rayonun Şərif kənd sakini, Nəbi Həbişov digər rayon sakini Aydın Çöpsiyevin vasitəsilə 495 qram qurudulmuş marixuananı şərti alıcı, Gəncə şəhər sakini Rəis Rüstəmova satarkən yaxalanıb. Aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, N. Həbişov satdığı narkotik maddəni özünə məxsus şəxsi təsərrüfatında əkib becərib. Faktla bağlı N. Həbişovun və A. Çöpsiyevin artıq saxlanıldığını vurğulayan L. İsmayılov araşdırmaların davam etdirildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR