Bank Of Baku

Zaqatalada baş vermiş yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb

Zaqatalada baş vermiş yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır yaralanıb
# 05 yanvar 2008 10:57 (UTC +04:00)
Zaqatalada baş vermiş ağır yol qəzasında 49 yaşlı Bakı sakini ölüb, iki nəfər isə ağır yaralanıb. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə, Xaldan-Balakən magistral yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. Bakı şəhəri, Binə qəsəbə sakini 1955-ci il təvəllüdlü Əbülfəz Rzayev idarə etdiyi “Mercedes” markalı, 10 VP 342 dövlət nömrə nişanlı avtomobillə Zaqatala istiqamətində hərəkət edərkən maşını yol kənarındakı hasara çırpıb. Qəza nəticəsində, maşında olan sərnişin, sürücünün həyat yoldaşı, 49 yaşlı Mirvari Rzayeva aldığı xəsarətdən dünyasını dəyişib. Ə. Rzayev və onun 13 yaşlı qızı Əminə Rzayeva isə ağır bədən xəsarəti ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralıların vəziyyətini kafi qiymətləndirir. İlkin ehtimallara görə, qəzanın baş verməsinə yolun buz bağlaması səbəb olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb və araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR