Bank Of Baku

Bakının Əhmədli bələdiyyəsinin sədr müavini və qardaşı qəzada ölüb

Bakının Əhmədli bələdiyyəsinin sədr müavini və qardaşı qəzada ölüb
# 05 yanvar 2008 17:41 (UTC +04:00)
Bu gün Masallı-Yardımlı yolunun 22-ci kilometrliyində baş verən yol qəzası iki qardaşın ölümü ilə nəticələnib. Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seyidlinin APA-ya verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Məmmədov Yaşar Zülfi oğlu özünə məxsus 10-RZ-366 nömrə nişanlı “Opel” markalı maşını idarə edərkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində Y. Məmmədov və onun 1964-cü il təvəllüdlü qardaşı Zeynal qəza yerində həlak olublar.
Qeyd edək ki, Y. Məmmədov Bakının Xətai rayonunun Əhmədli bələdiyyəsinin sədr müavinidir.
Polis rəisi faktla bağlı araşdırma aparıldığını söyləyib. Ş. Seyidli həmçinin ölkənin cənub rayonlarına doğru hərəkət edən sürücüləri diqqətli olmağa da çağırıb. O, Yardımlıda qarın qalınlığının 40 sm-ə çatdığını bildirib. Onun sözlərinə görə, texnikanın mütəmadi olaraq qarı təmizləməsinə baxmayaraq, yollar tezliklə yenidən qarla örtülür və avtomobillərin hərəkəti üçün təhlükə yaranır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR