Bank Of Baku

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində yıxılaraq yaralanmış dörd nəfər xəstəxanaya müraciət edib

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində yıxılaraq yaralanmış dörd nəfər xəstəxanaya müraciət edib
# 07 yanvar 2008 08:46 (UTC +04:00)
Azərbaycanın paytaxtı Bakı şəhərinə güclü qar yağması nəticəsində yolların buz bağlaması ilə əlaqədar yıxılaraq xəsarət almış 4 nəfər bu il yanvarın 6 və 7-də Respublika Klinik Xəstəxanasına müraciət edib. Xəstəxanadan APA-ya verilən məlumata görə, müraciət edən şəxslər küçədə gedərkən yıxılıb və yüngül dərəcəli bədən xəsarəti alıblar. Həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Yol qəzaları ilə bağlı isə dünən və bu gün Respublika Klinik Xəstəxanasına, Tibbi Klinik Mərkəzə və 5 saylı Xəstəxanaya hələlik müraciət edən olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR