Bank Of Baku

Güclü qar Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat sahəsində ciddi problem yaradıb

Güclü qar Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat sahəsində ciddi problem yaradıb
# 07 yanvar 2008 08:51 (UTC +04:00)
Güclü qar yağıntısı Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat sahəsində ciddi problem yaradıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, xüsusilə yaşayış məntəqələri arasında nəqliyyat rabitəsi kəsilib. Bölgənin mavi yanacaqla təmin edilən yaşayış məntəqələrində uzunmüddətli fasilələr müşahidə edilməyib. Eyni zamanda, elektrik enerjisinin verilməsində də ciddi problemlər yaşanmayıb. Bir neçə avtomobilin sürüşərək yoldan çıxması nəticəsində kiçik qəzalar baş versə də, indiyədək ciddi yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Güclü qarın yağması nəticəsində Goranboyun dağ kəndlərində yollar bağlanıb. Yerli sakinlərin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, ümumiyyətlə, qarlı havalarda kəndlərə gediş-gəliş tamamilə dayanır. Əhali bu vəziyyəti nəzərə alaraq, qış ehtiyatlarını əvvəlcədən görür. Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, çətin hava şəraitlərində dağ kəndlərində vəziyyəti nəzarətdə saxlamaq üçün işçi qrupu yaradılır və həmin kəndlərin elektrik enerjisi ilə təmin olunmasında problemin yaranmaması üçün qüvvələr səfərbər edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR