Bank Of Baku

Azərbaycanın Əli Bayramlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb

Azərbaycanın Əli Bayramlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb
# 07 yanvar 2008 09:05 (UTC +04:00)
Yanvarın 6-da Azərbaycanın Əli Bayramlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. Əli Bayramlı şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, saat 19.00 radələrində H. Əliyev prospektində şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimova Rəqibə İbrahim qızı naməlum avtomobil tərəfindən vurulub və o, aldığı xəsarətdən hadisə yerində keçinib. Digər qəza isə saat 21.50 radələrində M. Rəsulzadə prospektində qeydə alınıb. Şəhər sakini, 1982-ci il təvəllüdlü Bünyadov Mahir Arif oğlu idarə etdiyi “VAZ 2107” markalı, 10 CU 505 dövlət nömrə nişanlı avtomobillə 1957-ci il təvəllüdlü Hüseynov Tofiq Satqulu oğlunu vurub. Piyadanı vuran avtomobil daha sonra bir neçə dəfə fırlanaraq yolun kənarındakı ağaca çırpılıb. T. Hüseynov aldığı xəsarətdən hadisə yerində keçinib, maşının sürücüsü və sərnişini isə yüngül bədən xəsarəti alıblar. Hər iki faktla bağlı Əli Bayramlı şəhər Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR