Bank Of Baku

Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 07 yanvar 2008 10:36 (UTC +04:00)
Azərbaycanın Masallı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Masallı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonunun Ərkivan qəsəbəsi ərazisində olub. Qəsəbə sakini, 41 yaşlı Qəhrəman Zəki oğlu Mirzəyevin idarə etdiyi “VAZ 2106” markalı, 53 BA 033 nömrə-nişanlı maşın Masallı şəhər sakini Elman Məmməd oğlu Əhədovun idarə etdiyi “BMW” markalı, 10 VA 245 nömrə-nişanlı maşınla toqquşub. Nəticədə “BMW”-in sərnişini, 60 yaşlı Əmir Fətullayev aldığı xəsarətdən hadisə yerində keçinib. Xəsarət almış “BMW”-in sürücüsü, “VAZ 2106”-ın sürücüsü və sərnişini, Q. Mirzəyevin qardaşı, 54 yaşlı Fəraqət Qasımov Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Faktla bağlı RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR