Bank Of Baku

Türkiyədə azərbaycanlı hakerin başçılığı ilə müxtəlif bank hesablarından 5 milyon dollar pul oğurlayan şəbəkə ifşa edilib

Türkiyədə azərbaycanlı hakerin başçılığı ilə müxtəlif bank hesablarından 5 milyon dollar pul oğurlayan şəbəkə ifşa edilib
# 10 aprel 2008 14:29 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyədəki bəzi qurumlar və şəxslər polisə şikayət edərək, hesablarından pul çıxarıldığını bildirdikdən sonra polis təhqiqata başlayıb. Altı aylıq təhqiqatdan sonra “Karnaval” adı verilən əməliyyat keçirilib və N. Kərimov da daxil olmaqla 67 nəfər saxlanılıb. İfadələri alındıqdan sonra onların 29-u buraxılıb. Şəbəkənin “beyin mərkəzi” “Neco” ləqəbli azərbaycanlı haker Nicat Kərimovla birlikdə “Junior” ləqəbli Cüneyd Tatlısoy, “Şiki” ləqəbli Şövqi İşınay və Fateh Şağbandan ibarət olub. Bu qrup müxtəlif internet saytlarına viruslu fayl və linklər göndərməklə müxtəlif şəxslərin kimlik (şəxsiyyət vəsiqəsi) və bank hesabları barədə məlumatlar əldə ediblər, sonra buna uyğun saxta sənəd, kimlik və kredit kartı hazırlayaraq bankomatlardan və banklardan pul çıxarıblar. N. Kərimov və Ş. İşınay pulun bir qismini bu ilin fevralında Braziliyanın Rio de-Janeyro şəhərində keçirilən ənənəvi karnavalda xərcləyiblər. Nicatın braziliyalı qadınla evli və 1 övlad sahibi olduğu müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR