Bank Of Baku

Tərtərdə partlamamış hərbi sursat tapılıb

Tərtərdə partlamamış hərbi sursat tapılıb
# 10 aprel 2008 16:48 (UTC +04:00)
Tərtər. Teymur Quyliyev-APA. Tərtər rayonunun Şıxarx kənd sakini, 1 saylı kənd orta məktəbinin 8-ci sinif şagirdi Əsədov Əsəd Əli oğlu Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarına kənd ərazində bir ədəd partlamamış əl qumbarası gördüyü barədə məlumat verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə yerinə gedən ANAMA əməkdaşları əl qumbarasını götürüblər. Bundan başqa, rayon ərazisində partlamamış 3 top mərmisi də aşkarlanıb. Tapılan bütün sursatlar partladılaraq zərərsizləşdirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondundan APA-nın Qarabağ bürosuna bildirilib ki, Şıxarx qəsəbəsində borunun içində 1 ədəd partlamamış minaatan mərmisi aşkarlanıb. Hazırda həmin mərminin çıxarılıb zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR