Bank Of Baku

Zaqatalanın Qımır kəndində məktəb müəllimləri və yerli sakinlər etiraz aksiyası keçirib

Zaqatalanın Qımır kəndində məktəb müəllimləri və yerli sakinlər etiraz aksiyası keçirib
# 12 aprel 2008 12:39 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalanın Qımır kəndində məktəb müəllimləri və yerli sakinlər etiraz aksiyası keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sakinlər kənddə tikilməkdə olan iki mərtəbəli, 240 yerlik yeni məktəb binasında keyfiyyətsiz tikinti materiallarından istifadə olunmasına etiraz ediblər. Məktəbin direktoru Şaban Nəbiyev və kənd bələdiyyəsinin sədri Hamlet Mustafayev APA-nın yerli bürosuna açıqlamasında məsələdən xəbərdar olduqlarını və bu barədə rayon Təhsil Şöbəsinə məlumat verildiyini qeyd ediblər. Kənd bələdiyyəsinin sədri həmçinin tikintidə yol verilmiş nöqsanlarla bağlı məktəbin inşasını həyata keçirən “Birlik” şirkətinə də irad tutulduğunu bildirib.
Şirkətinin nümayəndəsi Azər Həsənov isə APA-ya açıqlamasında tikinti aparılan əraziyə gətirilmiş yararsız materiallardan istifadə edilməyəcəyini bəyan edib. “Mən artıq ustalara tapşırıq vermişəm ki, yararsız materiallardan tikintidə istifadə etməsinlər.” O, həmçinin sakinlər tərəfindən binanın təməlinin düzgün qoyulmadığı barədə səslənən fikirlərin də əsassız olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR