Bank Of Baku

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib
# 13 aprel 2008 18:43 (UTC +04:00)
Bərdə. Teymur Quliyev-APA. Bu gün Bərdənin Soğanverdilər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bakı şəhəri, Günəşli qəsəbəsi sakini Həsənov Xanlar Hümbət oğlunun idarə etdiyi 10 SO 126 nömrə nişanlı “Mercedes-Benz” markalı mikroavtobus yoldan çıxaraq beton dirəyə çırpılıb. Qəza nəticəsində 24 yaşlı sürücü hadisə yerində keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR