Bank Of Baku

Lənkəranda qol qəzası baş verib, bir nəfər ölüb

Lənkəranda qol qəzası baş verib, bir nəfər ölüb
# 14 aprel 2008 09:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ələt-Astara avtomobil yolunun 181-ci km-də, Lənkəran rayonunun Şirinsu kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Nurəddin Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonunun Liman şəhər sakini, 1988-ci il təvəllüdlü Aqil Dövlət oğlu Məmmədovun idarə etdiyi “Mercedes250” markalı, 20 BR 946 dövlət nömrə nişanlı maşın yolun kənarındakı ağaca çırpılıb. Nəticədə maşının sərnişinləri Liman şəhər sakini, 1988-ci il təvəllüdlü Zahir Abdulla oğlu Rəhimov və Şirinsu kənd sakini, 1988-ci il təvəllüdlü Məzahir Yədulla oğlu Məmmədov xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Z. Rəhimov aldığı xəsarətdən orada keçinib, M. Məmmədovun vəziyyəti isə ağırdır. Digər bir yol-nəqliyyat hadisəsi Lənkəran şəhərinin Nizami küçəsində baş verib. Lənkəran şəhər sakini, 1973-cü il təvəllüdlü Şaiq Abdullayevin idarə etdiyi “Mercedes” markalı, 42 BE 172 dövlət nömrə nişanlı avtomobil şəhər sakini, 1958-ci il təvəllüdlü Mais Bünyadova məxsus “VAZ-2106” markalı, 42 BA 327 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb. Hər iki faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR