Bank Of Baku

2 saylı Texniki Humanitar Elmi Liseyin kompüterləri oğurlanıb

2 saylı Texniki Humanitar Elmi Liseyin kompüterləri oğurlanıb
# 14 aprel 2008 11:56 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Səbayel rayonu ərazisində yerləşən 2 saylı Texniki Humanitar Elmi Liseydə oğurluq hadisəsi baş verib. Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər liseyin binasının ikinci mərtəbəsindən içəri daxil olaraq, otaqların qapılarını sındırıblar. Otaqlardan heç nə tapa bilməyən oğrular kompüterlərin yerləşdiyi informatika otağına daxil olublar. Naməlum şəxslər oradan 2 kompüter dəsti, 9 kompüter monitoru aparıblar. Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb. Oğurluq edən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR