Bank Of Baku

Bakı sakini intihara cəhd edib

Bakı sakini intihara cəhd edib
# 14 aprel 2008 14:00 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Aprelin 13-də Əzizbəyov rayonunun Binə qəsəbəsinin sakini, 23 yaşlı Kamilə Səfərova Milli Parkda intihara cəhd edib. Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən APA-ya verilən məlumata görə, K. Səfərova özünü dənizə atmaq istəyib. O, polisə ifadəsində həyatından bezdiyi üçün özünü dənizə atmaq istədiyin bildirib: “Milli Parkda olan vətəndaşlardan biri polisə zəng vuraraq, Kamilə Səfərovanın özünü dənizə atmaq istəməsi barədə məlumat verib. Polis hadisə yerinə gələndə oradakı sakinlər xanımın bu cəhdinin qarşısını aldıqlarını deyiblər. Kamilə Səfərova isə həyat yoldaşı ilə mübahisə etdiyi və həyatından bezdiyi üçün özünü dənizə atmaq istədiyini bildirib”.
Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR