Bank Of Baku

Azərbaycanın Astara şəhərində İran vətəndaşının idarə etdiyi avtobusla minik maşını toqquşub

Azərbaycanın Astara şəhərində İran vətəndaşının idarə etdiyi avtobusla minik maşını toqquşub
# 15 aprel 2008 09:51 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA. Astara şəhərinin Mirzə Cəbiyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, İran vətəndaşı Abdulla Əhməd oğlu Fazilinin idarə etdiyi “Mercedes” markalı, THR 71066 nömrə nişanlı sərnişin avtobusu Astara rayon sakini Müşfiq Nadir oğlu Dadaşovun idarə etdiyi “Mercedes” markalı, 10 FO 518 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə M. Dadaşov bədən xəsarəti alıb. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR