Bank Of Baku

Azərbaycanın bir neçə rayonunda xeyli silah-sursat tapılıb

Azərbaycanın bir neçə rayonunda xeyli silah-sursat tapılıb
# 15 aprel 2008 10:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Mingəçevir Dəmir Yolu Stansiyasının ərazisindən 1 ədəd xaricdə istehsal olunmuş tapança, 2 ədəd qumbara, 4905 ədəd avtomat patronu və 3 ədəd patron darağı tapılıb. Mingəçevir ŞPŞ əməkdaşları isə şəhər ərazisindən 4 ədəd qumbara aşkarlayıblar. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Goranboy RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 6 ədəd qumbara və 7 ədəd patron darağı, Quba RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AK-74" silahı, 62 ədəd avtomat patronu və 3 ədəd patron darağı tapılıb. Sumqayıt şəhər sakini Etibar Abbasov tapdığı 1 ədəd "AKS-74" markalı silahı, 10 ədəd avtomat patronunu və 1 ədəd patron darağını könüllü olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR