Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 17 aprel 2008 16:43 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Ələt-Astara yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, şəhər sakinləri, 1943-cü il təvəllüdlü Məhəmməd Məmmədov və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülazə Məmmədova “Kia” markalı, 42 BK 108 nömrə-nişanlı avtomobillə vurulub. Nəticədə Gülazə Məmmədova aldığı xəsarətdən hadisə yerində keçinib. Ağır xəsarət almış Məhəmməd Məmmədov isə xəstəxanaya yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağırdır. Avtomobilin sürücüsünün də xəsarət aldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR