Bank Of Baku

FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib

FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
# 21 iyul 2026 20:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində dənizdə nəzarətsiz ərazidə vətəndaşın batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1957-ci il təvəllüdlü Quliyev Sadiq Qubad oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR