Bank Of Baku

Qax polisi narkotik vasitələrin alveri ilə məşğul olan Zaqatala sakinlərini həbs edib

Qax polisi narkotik vasitələrin alveri ilə məşğul olan Zaqatala sakinlərini həbs edib
# 18 aprel 2008 10:22 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Qax polisi narkotik vasitələrin alveri ilə məşğul olan Zaqatala sakinlərini həbs edib. Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakinləri Elçin Əliyev və Azər Ömərov şərti alıcıya 12 qram heroin satarkən yaxalanıblar. Saxlanılan Zaqatala sakinlərinin üzərinə baxış zamanı onlardan əlavə olaraq 15 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Qax RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR