Bank Of Baku

Qaradağda narkotik maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər saxlanılıb

Qaradağda narkotik maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər saxlanılıb
# 08 may 2008 15:48 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik maddə gəzdirməkdə və satmaqda təqsirləndirilən Lökbatan qəsəbə sakinləri, 46 yaşlı Bəxtiyar Ağamoğlan oğlu Nuriyev və 40 yaşlı Bəxtiyar Murad oğlu Aydayev yaxalanıblar. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, B. Nuriyev saxlanılarkən onun üzərindən 7,85 qram həşiş aşkar edilərək götürülüb. Araşdırma zamanı B. Nuriyevin narkotik maddəni B. Aydayevdən aldığı müəyyən edilib və bu şəxs də yaxalanıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR