Bank Of Baku

İrandan narkotik maddə gətirən Biləsuvar rayon sakini yaxalanıb

İrandan narkotik maddə gətirən Biləsuvar rayon sakini yaxalanıb
# 10 may 2008 07:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Cəlilabad rayonunda İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirməkdə və satmaqda təqsirləndirilən Biləsuvar rayon sakini Emin Əzizov yaxalanıb. Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, E. Əzizovun üzərinə baxış zamanı 10 kiloqram həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri hazırlama, saxlama, daşıma və satma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR