Bank Of Baku

Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışında təqsirləndirilən bir nəfər yaxalanıb

Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışında təqsirləndirilən bir nəfər yaxalanıb
# 10 may 2008 08:19 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışında təqsirləndirilən Rafael Fərhadov yaxalanıb. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, R. Fərhadovun yaşadığı mənzilə baxış keçirilərkən 1 kq 105 qram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. İlkin dindirmələr zamanı R. Fərhadov narkotik vasitəni satış üçün əldə etdiyini deyib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR