Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda aşkar olunan insan kəllələrinin sayı 174-ə çatıb

Qubadakı kütləvi məzarlıqda aşkar olunan insan kəllələrinin sayı 174-ə çatıb
# 10 may 2008 08:59 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Qubadakı kütləvi məzarlığın şərq-qərb istiqamətində və sökülən evin altında aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan insan sümüklərinin sayı getdikcə artır. Aşkarlanan kəllə sümüklərinin əksəriyyəti uşaqlara aid olsa da, onların dəqiq sayı hələ müəyyənləşməyib. Uşaq kəllələri tez dağıldığı üçün onların sayını xüsusi antropoloq dəqiqləşdirəcək. Bugünkü məlumata görə, aşkar olunan insan kəllələrinin sayı 174-dür”. Bu sözləri APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, apxeoloji tədqiqatların II mərhələsinin aparılması üçün nəzərdə tutulan bir ay müddətinin başa çatdığını bildirib: “Mayın 7-də bu müddət başa çatsa da, ekspedisiyanın tədqiqatı üçün əlavə vaxt ayrıldı. Hələlik məzarlıq ərazisində arxeoloji qazıntılar aparılır. İlkin aşkar edilən insan sümükləri ilə dolu quyular son mərhələdə açılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR