Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində 11-ci sinif şagirdi intihara cəhd edib

Azərbaycanın Sumqayıt şəhərində 11-ci sinif şagirdi intihara cəhd edib
# 13 may 2008 10:10 (UTC +04:00)
Sumqayıt. Hacı Zeynalov, Məhbubə Qasımbəyli-APA. Sumqayıtdakı 12 saylı orta məktəbin 11-ci sinif şagirdi Bayramova Aygül Yaşar qızı intihara cəhd edib. APA-ya daxil olan məlumata görə, riyaziyyat müəllimi tərəfindən döyülən şagird bunu özünə sığışdırmayıb və özünü öldürmək istəyib. Sumqayıt şəhər prokurorunun köməkçisi Pərviz Əliyev APA-ya prokurorluğa A. Bayramovanın mayın 10-da “valerian” dərmanından zəhərlənməsi barədə məlumat daxil olduğunu, faktla bağlı araşdırma aparıldığını söyləyib. P. Əliyev araşdırma getdiyi üçün başqa məlumat verməyib. 12 saylı məktəbin direktoru Mətanət Abdullayeva isə APA-ya açıqlamasında A. Bayramovanın məktəbdə fiziki təzyiqə, təhqirə məruz qalmadığını deyib. Onun sözlərinə görə, şagird dərmandan dərsdən sonra, yaşadığı evdə zəhərlənib: “Riyaziyyat müəlliməsi Zülfiyyə Novruzova dərsdə şagirdlərə ümumi şəkildə təlim-tərbiyə barədə məsləhətlər verib. Dərsdə heç bir döyülmə, təhqir faktı olmayıb. Aygül özü də bizimlə söhbətdə bunu təsdiq edib”.
M. Abdullayevanın sözlərinə görə, A. Bayramova şagird yoldaşları ona soyuq münasibət bəslədikləri, salam vermədikləri üçün bu addımı atdığını deyib: ”Sinif yoldaşları isə mənə dedilər ki, Aygül “valerian”dan əvvəllər də istifadə edirmiş”. Direktor zəhərlənmə baş verən gün evdə tibbi yardım alan şagirdin hazırda dərslərinə davam etdiyini, səhhətinin normal olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR