Bank Of Baku

Hindistandakı terror aksiyası zamanı azərbaycanlılar zərər çəkməyib

Hindistandakı terror aksiyası zamanı azərbaycanlılar zərər çəkməyib
# 14 may 2008 09:21 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Hindistanın Racastxan ştatının mərkəzi Caypur şəhərində baş verən terror aksiyası zamanı ölənlər və yaralananlar arasında azərbaycanlı yoxdur. Bu barədə APA-ya Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib. Səfirlik bu ölkədəki Azərbaycan vətəndaşları ilə əlaqə saxlayaraq onların heç birinin partlayış zonasında olmadığını müəyyənləşdirib.
Qeyd edək ki, mayın 13-də paytaxt Dehlidən 260 km aralıda yerləşən Caypurda 7 partlayış törədilib. Nəticədə 80-ə yaxın adam ölüb, 150-yə yaxını yaralanıb. Hindistan mətbuatı terror aksiyasını Banqladeşin “Hərkat-ül-Cihad-əl-İslami” qruplaşmasının törətdiyini yazıb. Artıq hüquq-mühafizə orqanları bir şübhəli şəxsi həbs ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR