Bank Of Baku

Bərdədə ağır yol qəzası baş verib

Bərdədə ağır yol qəzası baş verib
# 15 may 2008 09:05 (UTC +04:00)
Bərdə. Teymur Quliyev-APA. Bu gecə Bərdədə ağır yol qəzası baş verib. Bərdə rayon Polis Şöbəsinin müstəntiqi Habil Paşayevin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, Tərtər sakini Ağayev Saleh Valeh oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 44 BD 415 nömrə nişanlı avtomobillə Bərdə sakini Quliyev Əbdüləli Yadigar oğlunun idarə etdiyi “BMW” markalı, 10 OP 304 nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 21011”in sərnişinləri, 1962-ci il təvəllüdlü Ağayeva Bəsti Rüstəm qızı, 1992-ci il təvəllüdlü Ağayeva Azadə Saleh qızı ağır yaralanıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır, faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR