Bank Of Baku

Lənkəranda müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Lənkəranda müsadirə olunmuş narkotik vasitələr məhv edilib
# 17 may 2008 08:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhər Polis Şöbəsində məhkəmələr tərəfindən müsadirə olunmuş narkotik maddələrin və vasitələrin məhvetmə aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatı yanında fəaliyyət göstərən narkomaniya ilə mübarizə üzrə komissiyanın üzvlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Lənkəran rayon Məhkəməsi və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmləri ilə məhkumlardan maddi sübut kimi götürülmüş 6,413 qram heroin, 11,485 qram tiryək, 10,13 qram marixuana, 17, 616 qram həşiş qətranı, 6 ədəd “Tramadon”, 8 ədəd “Fenazepam”, 4 ədəd “Dimedrol”və 6 ədəd “Diazepam” həbləri, həmçinin 10 ədəd birdəfəlik şpris və 2 ədəd amplua yandırılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR