Bank Of Baku

DİN tanınmış boksçu Vüqar Ələkbərovun saxlanıldığını təsdiqləyib

DİN tanınmış boksçu Vüqar Ələkbərovun saxlanıldığını təsdiqləyib
# 17 may 2008 19:47 (UTC +04:00)
Bu barədə “APA-Sport” agentliyinə məlumat verən qaynağın sözlərinə görə, idmançını dünən axşam saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya açıqlamasında V. Ələkbərovun saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, V. Ələkbərov bir vətəndaşın şikayəti əsasında saxlanılıb: “Şikayətdə bildirilib ki, Vüqar Ələkbərov bir nəfəri hədələyərək, ondan 10 min dollar tələb edib. Buna görə həmin şəxsin özünə və sürücüsünə fiziki təzyiq göstərib və maşınını girov götürüb. Vətəndaş da bununla bağlı polisə müraciət edib”. Agentliyin V. Ələkbərovla yanaşı, hazırda boks üzrə yığma komandanın üzvü Romal Amanovun da saxlanılması ilə bağlı sualına cavabında isə S. Gözəlov bildirib ki, hazırda bu hadisə ilə bağlı yalnız V.Ələkbərov saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR