Bank Of Baku

Bakı-Sumqayıt yolunda “KamAZ” “Jiquli”nin üstünə aşıb

Bakı-Sumqayıt yolunda “KamAZ” “Jiquli”nin üstünə aşıb
# 18 may 2008 08:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Dünən Bakı-Sumqayıt yolunda yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yolda təmir-tikinti işləri ilə məşğul olan “KamAZ” markalı 06 BB 208 dövlət nömrə nişanlı avtomaşın müvazinətini itirərək yoldan keçən “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. Nəticədə yola dağılan benzindən yanğın baş versə də, onun qarşısı tezliklə alınıb və partlayışa keçməyib. Qəza nəticəsində ağır bədən xəsarətləri alan hər iki sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR