Bank Of Baku

İki azyaşlı uşaq yanğın törədib

İki azyaşlı uşaq yanğın törədib
# 18 may 2008 08:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sumqayıt şəhərində yanğın baş verib. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 5-ci mikrorayon, bina 9, mənzil 39 ünvanında baş verib. Belə ki, evdə oynayan iki azyaşlı uşaq sobanın üstünə parça ataraq yanğın törədiblər. Yanğın bütün evi bürüyüb və evdəki televizor partlayıb. Sumqayıt Şəhər Baş Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra yanğının qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR