Bank Of Baku

Milli Məclisin mətbuat xidməti parlamentin 90 illik yubileyi ilə bağlı təşkil olunan futbol turnirində baş verən insidentə aydınlıq gətirib

Milli Məclisin mətbuat xidməti parlamentin 90 illik yubileyi ilə bağlı təşkil olunan futbol turnirində baş verən insidentə aydınlıq gətirib
# 18 may 2008 11:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Parlamentin 90 illik yubileyi ilə bağlı dövlət qurumları arasında təşkil olunan futbol turnirinin oyunlarının birində dava düşməsi,
hakimin polislər tərəfindən döyülməsi, bir neçə ədliyyə işçisinin isə bədən xəsarəti alması haqqında mətbuatda yazılanlar həqiqəti əks etdirmir”. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti futbol oyunu zamanı yalnız kiçik insidentin baş verdiyini bildirib: “Ədliyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyi futbol komandaları arasında keçirilən oyun zamanı qayda pozuntusuna görə hakim Daxili İşlər Nazirliyinin oyunçularından birinə qırmızı vərəqə göstərib. Bu zaman həmin komandanın nümayəndəsi ilə hakim arasında mübahisə yaranıb. Qısa müddətdə baş verən mübahisə zamanı oyun dayansa da, hakimin xəbərdarlığından sonra davam etdirilib. Yəni ölkə mətbuatında yazılan kimi heç bir qanlı insident baş verməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR