Bank Of Baku

Azərbaycanın Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Azərbaycanın Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb
# 19 may 2008 12:44 (UTC +04:00)
Mingəçevir. Məhbubə Qasımbəyli - APA. Mingəçevir şəhərində dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Şəhər sakini Etibar Allahverdiyev idarə etdiyi “VAZ -2107” markalı avtomaşını ağaca vuraraq aşırıb. Nəticədə sərnişinlərdən Azad Şahbazov və Rövşən Məmmədov hadisə yerində, sürücü özü və Tərtər rayon sakini Mehman Əhmədov isə xəstəxanada ölüblər. Faktla bağlı Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR